Roma bir gündə qurulmamışdır.

= Rome was not built in a day. = Рим строился не в один день.
rolunu yaxşı ifa etmək
röyalarda görmək (bir işin həyata keçməsini ürəkdən istəmək)
OBASTAN VİKİ
Yaxşı gündə, pis gündə (teleserial, 2020)
"Yaxşı gündə, pis gündə" serialı — Barış Ərçətinin reijssorluğunu etdiyi, Aksel Bonfil və Pelin Karamehmetoğlunun ssenarisini birgə qələmə aldıqları 2020 Türkiyə komediya serialıdır. Leyla (Elçin Sangu) sevdiyi adamla evlənəcəyi gün şadlıq sarayında tərk edilməyinin acısını yaşayır. Hələ bu bəs deyilmiş kimi, Leyla sevdiyi Sarpın (Mehmet Ozan Dolunay) Melisa (Yasəmən Allen) ilə olan evliliyini də planlaşdırmaq məcburiyyətində qalır. Elçin Sangu — Leyla Mehmet Ozan Dolunay — Sarp Yasəmən Allen — Melisa Şənay Gürlər Dərya Alabora Nərgiz Qumbasar Hakan Salınmış Sinan Albayraq Əli Yağçı Dəniz Işın Tuqay Ərdoğan Elçin Sangunun dizisinden ilk kare 10 iyul 2020 qaynağından arxivləndi.
Roma
Roma (it./lat. Roma) — İtaliyanın paytaxtı, eyni zamanda Roma əyalətinin və Latsio regionunun inzibati mərkəzi. 2,8 milyon nəfər əhalisi olan şəhər Tibr çayı üzərində yerləşir. Roma İmperiyasının paytaxtı olmuş Roma Avropanın ən qədim şəhərlərindən olub çox vaxt "əbədi şəhər", yaxud yeddi təpə üzərində yerləşdiyindən "yeddi təpə şəhəri" adlandırılır. Rəvayətə görə e.ə. 21 aprel 753-cü ildə Romul tərəfindən bünövrəsi qoyulmuşdur. Qədim Roma səlnaməçisi Liviusa görə hər şey latınların paytaxtı Alba Lonqanın hakimi Numitorun qardaşı Amuli tərəfindən devrilməsindən başlanmışdır. Qisasdan ehtiyat edən Amuli Numitorun qızı Rea Silvianın və Marsın oğulları Romul və Remi toxunma səbətə qoyaraq Tibr çayına atır. Xoşbəxtlikdən çayın sahilinə yan almış səbəti bir canavar taparaq əkizləri əmizdirir. Bir qədər sonra çoban Faustul canavarın əmizdirdiyi əkizləri aşkar edərək övladlığa götürüb böyüdür.
Bir
Bir — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Saymağa birdən başlayırıq. Bir ikidən əvvəl gəlir. == Riyaziyyatda == Bir ədədi riyaziyyatda bir çox hallarda vahid adlanır. Vahidin aşağıdakı xassələri var: İstənilən ədədi vahidə vurduqda həmin ədəd özü alınar. Vahidi istənilən ədədə vurduqda həmin ədəd özü alınar. İstənilən ədədi vahidə böldükdə həmin ədəd özü alınar. Vahid tək ədəd hesab edilir. 1 ədədi nə sadə ədəd, nə də ki, mürəkkəb ədəddir. == İnam və etiqadlarda == Mənəvi və maddi mədəniyyətin tərkib hissələrindən bilinən ümumsay kompleksində həm də "tək", "vahid" adları daşıyan çoxmənalı bir sayı mifoloji dünya modelində "Tanrı", "Kosmos" anlayışı ilə hər hansı hadisə və işin, əşyanın ilkliyi, başlanğıcı təsəvvürünü yaratmaqla düşüncəyə, məişətə daxil olmuşdur.
Panteon (Roma)
Panteon (yun. Πάνθεον, πάντεζ — bütün və θεόζ — tanrı lat. Pantheon) — Bütün allahlara həsr edilmiş məbəd, Qədim Roma memarlığının görkəmli abidəsi Panteon e.ə. II əsrdə qədim Roma memarlığının intibah dövründə, imperator Adrianın zamanında, Mark Vipsani Aqripp tərəfindən hələ iki əsr öncə inşa olunmuş Panteonun yerində ucaldılmışdır. Bunu üzərindəki latın yazısı "М. AGRIPPA L F COS TERTIUM FECIT" də sübut edir. Panteonun kərpic və beton potondası diametri 43 m-dən bir qədər çox olan yarım sferik künbəzlə (antik dövrün ən böyük mühəndis nailiyyətlərindən sayılır) örtülüdür. Klassik aydınlığı, daxili mühitinin bütöv kompozisiyası, bədii obrazlılığı ilə seçilir. İstisna edilmir ki, inşasında dövrünün mahir memarlarından sayılan dəməşqli Apollodor iştirak etmişdir. Bu butpərəst məbədi 1 noyabr 609-cu ildən kilsəyə çevrilərək bu günümüzə kimi qorunmuş və yaxşı vəziyyətdə saxlanılmışdır. Məhz buna görə də 1 noyabr katolik və protestantlar tərəfindən bütün müqəddəslər günü kimi qeyd olunur.
Qədim Roma
Qədim Roma — əvvəlcə şəhər-dövlət, sonralar (təxminən e.ə. III əsrin sonundan) Avropanın qərb və cənub-şərq hissələrinin, Kiçik Asiyanın, Şimali Afrika sahilinin, Suriya və Fələstinin daxil olduğu dövlət. Rəvayətə görə, Roma şəhəri e.ə. 754/753 ildə Eneyin varisləri Romul və Rem tərəfindən salınmışdır. Amma bu dövlətə ad qoyulanda 2 qardaş arasında mübahisə yaranır və Romul Remi öldürür.Ən sonda ölkənin adı Roma olur. Romanın tarixi ənənəvi olaraq dörd dövrə bölünür: çarlıq (e.ə. 754/753-e.ə. 510/509), respublika (e.ə. 510/509-e.ə. 30 və ya 27), imperiya və ya prinsipat dövrü (e.ə.
Rione (Roma)
Rione — Roma şəhərinin inzibati bölgü vahidinin adı. Termin öz mənbəyini Qədim Roma dövründən götürür. E.ə. VI əsrdə Roma şəhəri inzibati cəhətcə nahiyələrə (it. rione; lat. regio) bölünürdü. Müasir Romada 22 rionedən ibarətdir.
Roma Dakiyası
Roma Dakiyası (lat. Dacia Romana) — Roma imperatoru Trayanın 106-cı ildə dakların ərazisini işğal etdikdən sonra yaratdığı Roma əyaləti. Roma işğalı sosial təbəqələşmə, quldarlıq münasibətlərinin inkişafı, digər əyalətlərdən gəlmələrin axını hesabına əhalinin etnik tərkibinin dəyişməsi ilə müşayiət olunurdu. Dakların romanlaşması nəticəsində kütləvi (xüsusilə taxılçılıq) intensivləşmiş, mədən işi və metal emalı inkişaf etmiş, dulusçuluq təkmilləşdirilmiş, ticarət artmışdı. Romanlaşma yeni şəhərlərin salınması və köhnələrinin (Apulum, Porolissum, Drobeta və s.) məskunlaşdırılması, koloniyalarda və pereqrinlərə məxsus torpaqların ixtisarı hesabına munisipilər səviyyəsinədək yüksəlmiş məskənlərdə latın dilinin və Roma hüququ normalarının yayılması ilə nəticələnmişdi. Dakiyada romanlaşmanın daşıyıcıları legionerlər və veteranlar, əsasən, Kiçik Asiyadan və şərq vilayətlərindən gəlmələr olmuşlar. Roma planı əsasında yenidən qurulmuş Sarmizegetusa Dakiyanın paytaxtı olaraq qalmaqda idi. Yaradılmış əyalət qonşu yaziqlər, bastarnalar, roksolanlar, karplar və azad dakların arasıkəsilməz basqınlarına məruz qalırdı. Bu çətinliklər Adrianı 118/119-ci illərdə Dakiyanı Aşağı Pannoniya ilə birləşdirməyə, sonradan isə Dakiya əyalətini iki hissəyə: Aşağı Dakiya (Olteniya və Banatın ş. hissəsi) və Yuxarı Dakiyaya bölməyə vadar etdi.
Roma FK
"Roma FK" (it. Associazione Sportiva Roma) ― İtaliyanın Roma şəhərini təmsil edən futbol klubu. 1927-ci ildə bir neçə klubun birləşməsi ilə yaradılan komanda, 1951/52-ci ildən etibarən İtaliyanın əsas komandalarından biridir. 1941/42, 1982/83, 2000/01-ci illərdə İtaliya liqasının qalibi olmuşdur. İtaliya kubokunda 9 dəfə çempion olan komanda, 2 dəfə İtaliya Superkubokunun qalibi olmuşdur. 1960/61-c ildə İntertoto Kubokunu, 1983/84 və 1990/91-ci illərdə UEFA Kubokunun qalibi olmuşdur. Bu günə qədər komandada oynayan futbolçulardan 15-i FİFA Dünya Kubokunun qalibi olmuşdur (Ferrais, Quaita, Masetti 1934, Donati, Monzeglio və Serantoni 1938, Bruni Konti 1982, Rudi Voller və Berthold 1990, Aldair 1994, Kandela 1998, Kafu 2002, Daniele De Rossi, Simone Perrotta və Françesko Totti 2006). 1953-cü ildən bəri komanda, rəqibi olan Latsio FK ilə birlikdə Roma şəhərində yerləşən "Stadio Olimpiko" Stadionunda keçirir. Stadion 72.000 azarkeş tutumuna malikdir. O, tutumuna görə İtaliyada sadəcə San Siro Stadionundan geri qalır.
Roma Kenga
Roman Nikolayeviç Orexovski (Roma Kenga ləqəbi ilə tanınır; d. 15 may 1980, Yeysk) — rus pop ifaçısı. Karyerasının başlanğıcı ilə 3 albom buraxmışdı: onlardan ikisi - «Там, Где Любовь» və «Summer Night City» Rusiya və MDB ölkələrində satışa buraxılmış, "Now Or Never" albomu isə Qərbi Avropa ölkələrində yayılmış, satışından bütün gəlir ksenofobiyanın bütün formaları ilə mübarizə aparmaq fonduna köçürülmüşdür. Rusiyanın cənubunda Yeisk kurort şəhərində anadan olmuşdur. O, yerli musiqi məktəbində valideynlərinə göndərdiyi zaman, 5 yaşında piano çalmağa başlamışdır. Musiqi məktəbində Roma parlaq, tələbə, pianoçu idi. O, Yeysk şəhərində müxtəlif yarışlarda iştirak etmişdir. Yerli caz kollektivində Rostov pop-caz kollec paralel solisti bir tələbə kimi 17 il. Artist o Musiqi Rusiya Elmlər Akademiyasının pop-caz fakültəsini bitirmişdir Moskvada təhsilini davam etdirmişdir. Eyni zamanda Kenga bir musiqiçi, vokalçı, aranjimançı kimi yaradıcılığı davam Nəhəng səsyazma studiyası olan Universal Music Russia Roma Kenga ilə müqavilənin imzalayır və «Let me be your guide» mahnısının video çəkilişinə başlayırlar.
Roma Kenqa
Roman Nikolayeviç Orexovski (Roma Kenga ləqəbi ilə tanınır; d. 15 may 1980, Yeysk) — rus pop ifaçısı. Karyerasının başlanğıcı ilə 3 albom buraxmışdı: onlardan ikisi - «Там, Где Любовь» və «Summer Night City» Rusiya və MDB ölkələrində satışa buraxılmış, "Now Or Never" albomu isə Qərbi Avropa ölkələrində yayılmış, satışından bütün gəlir ksenofobiyanın bütün formaları ilə mübarizə aparmaq fonduna köçürülmüşdür. Rusiyanın cənubunda Yeisk kurort şəhərində anadan olmuşdur. O, yerli musiqi məktəbində valideynlərinə göndərdiyi zaman, 5 yaşında piano çalmağa başlamışdır. Musiqi məktəbində Roma parlaq, tələbə, pianoçu idi. O, Yeysk şəhərində müxtəlif yarışlarda iştirak etmişdir. Yerli caz kollektivində Rostov pop-caz kollec paralel solisti bir tələbə kimi 17 il. Artist o Musiqi Rusiya Elmlər Akademiyasının pop-caz fakültəsini bitirmişdir Moskvada təhsilini davam etdirmişdir. Eyni zamanda Kenga bir musiqiçi, vokalçı, aranjimançı kimi yaradıcılığı davam Nəhəng səsyazma studiyası olan Universal Music Russia Roma Kenga ilə müqavilənin imzalayır və «Let me be your guide» mahnısının video çəkilişinə başlayırlar.
Roma Legionu
Roma legionu (lat. legio, legionis, lego — yığmaq, toplamaq) — Qədim Roma ordusunun əsas taktiki və təşkilati vahidi. E.ə. VIII əsrə qədər — bütün Roma ordusunun adı. E.ə. IV əsrə qədər legion 4200 piyadadan (3 min ağır və 1200 yüngül) və 300 süvaridən təşkil olunurdu. Lakin onun sayı dəyişirdi. Legion, döyüşdə taktiki müstəqilliyi olmayan senturiyalardan, və hərəsində 30 süvari olan 10 turmadan ibarət idi. Legionun düzülüşü erkən çağlarında 8–12 sıradan ibarət falanqa kimi idi və legionerlərin silahlanması və təcrübəsindən asılı idi. E.ə.
Roma Papası
Roma Papası — Roma Baş yepiskopu, Roma Katolik Kilsəsinin başçısı, Katolik xristianların dini lideridir. Katoliklərə görə Həvari Pyotrun xələfidir. İlk zamanlar bütün yepiskoplara verilən papa ünvanı, sonralar yalnız Roma Yepiskopu üçün istifadə edilməyə başlandı. Katolik kilsəsi, kilsə çərçivəsində Pyotr və xələflərinin təmsil etdiyi ən uca vəzifə olan papalığın ilahi bir qurum olduğunu iddia edir: İsa, papalıq vəzifəsini Pyotra təhvil vermiş və Pyotr da bu vəzifəni faktiki görmüşdür. Kilsədə yerləşmiş bir ənənəyə görə Pyotr, Romada din qurbanı olaraq ölmüşdür, bu səbəblə də ən təbii varisləri Romalı yepiskoplardır. Papalıq tarixi bir çox baxımdan kilsə tarixi ilə birləşir; bununla birlikdə bu tarixin bəzi dövrləri Papalıq qurumunun inkişafı baxımından ayrı bir xüsusiyyət daşıyır. İlk üç əsr ərzində papalar, daha çox Roma kilsəsinə əhəmiyyət vermişlər; amma qısa bir müddət sonra müxtəlif ölçülərdə başqa kilsələrə də qarışmağa başladılar: məsələn Papa I. Klementin Korintoslulara Məktubu (I əsrin sonu); Papa Viktorun Pasxa tarixi mövzusunda çıxan müzakirələrə müdaxiləsi (II əsrin sonu) və s. böyük kilsələrarası qurultay dövründə (IV və V əsr) papanın öndərlik təsiri daha da açıq şəkildə meydana çıxdı; 451'dəki Kadıköy məclisi, "Pyotrun Papa Leonun ağzında iradəsini bildirdiyini" irəli sürdü.
Roma Respublikası
Roma Respublikası (lat. Res publica Populi Romani) — e. ə. 509— e. ə. 27-ci illərində Qədim Romada özündə demokratiya, oliqarxiya və monarxiya elementləri birləşdirən siyasi dövlət quruluşu. Respublika idarə forması üç dövrə bölünür: İlkin respublika e. ə. 509— e. ə.
Roma Statusu
Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsi (ing. Rome Statute of the International Criminal Court) — 15 iyun 1998 – 17 iyul 1998 tarixləri arasında Birləşmiş Millətlər Təşkilatı Konfransının, İtaliyanın paytaxtı Romada qəbul etdiyi Beynəlxalq Cinayət Məhkəməsinin Qurulması haqqında statusdur. Beynəlxalq müqavilələrə tez-tez status deyilir və bu sənəd gündəlik istifadədə Roma Əsasnaməsi adlanır. Sazişin qəbuluna 160 səs verilmişdi; 120 lehinə, 21 bitərəf, 7 əleyhinə olmaqla səs çoxluğu ilə qəbul edilmişdir. 2016-cı ilin mart ayından etibarən 139 dövlət müqaviləni imzaladı, lakin 124 dövlət bu müqaviləni təsdiqlədi. Rusiya əsasnaməni 13 sentyabr 2000-ci ildə imzalamışdı, lakin 2016-cı ilə qədər təsdiqləməmişdir. 16 noyabr 2016-cı ildə prezident Vladimir Putin, Rusiyanın Roma Statutunda iştirakdan imtina edən sərəncam imzaladı. Dmitri Peskov, BCM-nin yurisdiksiyasından çıxmağın "dəqiq milli maraqlar" tərəfindən əmr olunduğunu və "Krımın işğalı" barədə məhkəmə prokurorluğunun bir gün əvvəl yayımladığı hesabatla "heç bir şəkildə əlaqəli olmadığını" söylədi. Roma Statutunun təsir dairəsi dörd əsas beynəlxalq cinayətlə formalaşır: soyqırım, insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və təcavüz cinayətləri. Bu cinayətlərə heç bir məhdudiyyət tətbiq olunmur.
Roma Suriyası
Suriya (lat. Syria) — qədim Roma əyaləti. Mərkəzi Antioxiya idi.
Roma boşləçəyi
Roma boşləçəyi (lat. Dactylorhiza romana) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin boşləçək cinsinə aid bitki növü. Aralıq dənizi sahillərindən Mərkəzi Asiyaya qədər yayılmışdır. Çoxillik ot bitkisidir. Kök yumruları 2-4 qanadlıdır, uzunluğu 3 sm-ə qədərdir. Gövdənin hündürlüyü 15-30 sm-dir. Yarpaqları 5-12 sayda olub, gövdənin aşağı hissəsində yerləşir, tərs-yumurtaşəkilli və ya uzunsov-lansetşəkilli, xətvari, uzunluğu 8-12 sm, kütdür, yuxarı yarpaqları ensiz, qısadır. Çiçək qrupu sıx, qısa, silindrik, çoxçiçəkli, bəzən tərs-yumurtaşəkilli, uzunluğu 3-8 sm-dir. Çiçəkləri açıq-sarı və ya tünd-qırmızı, bənövşəyi, bəzən agımtıl rəngdədir. Çiçək dodağı girdə-dördkünclü, üçqanadlı, uzunluğu 5-7 mm, yan tərəfdəki qanadı oval, kənarlar bir qədər dişlidir, orta qanadı kvadratşəkilli, qurtaracağında çıxıntılar var.
Roma dini
Qədim Romada din — qədim zamanlardan b.e. IV əsrində xristianlığın hökmranlığına qədər Roma dövlətinin sakinlərinin inancları və adətləri. Romalılar üçün din gündəlik həyatın bir parçası idi. Məhəllələrdə yerləşən ziyarətgahlar, bulaqlar, bağlar kimi müqəddəs yerlər şəhəri əhatə edirdi. Bu, Qədim Yunanıstan dini kimi, vahid təşkilat və qanunlara malik deyildi, lakin politeizm olmaqla, müxtəlif tanrıların kultlarından ibarət idi. Ailə həyatı və şəxsi işlərlə bağlı dini ayinləri ailənin atası özü yerinə yetirirdi. Kənddə onu xüsusi səlahiyyətlərə sahib mülkün ağası əvəz edə bilərdi. Rəsmi dövlət mərasimləri dolayısı ilə bəzi ali hakimiyyət daşıyıcıları tərəfindən həyata keçirilirdi. Bu, ilk növbədə sözdə keşiş padşahları vasitəsilə bir kral kimi, sonra konsul və pretor kimi, kritik anlarda isə diktator kimi həyata keçirilirdi. Eyni zamanda, baş pontifik funksiyasını birləşdirən imperator adətən öz təşəbbüslərini ifadə etmirdi.
Roma fəvvarələri
Roma fəvvarələri (rus. Римские фонтаны) — öz konstruksiya və dizaynına görə «Peterhof» saray-park kompleksində yerləşən iki eyni fəvvarə. Fəvvarələrin "Romalı" adlandırılmasının əsas səbəbi, onların xarici görünüşünün Romada, Müqəddəs Pyotr kilsəsinin qarşısındakı meydanda quraşdırılmış iki fəvvarədən götürülmüşdü. "Roma fəvvarələri" Peterhof parkında 1739-cu ildə, memarlar İvan Blank və İ.Davıdovun rəhbərliyi altında yaradılmışdır. O dövrlərdə fəvvarə taxta materiallardan hazırlanmış və qurğuşunlu kasalarla bəzədilmişdi. 1763-cü ildə o zamanın ən tanınmış memarı Rastrellinin rəhbərliyi altında fəvvarələr yenidən tikilmiş və postamentə quraşdırılmışdır. Taxta hissələrə "mərmər effekti" yaratmaq məqsədilə müxtəlif rənglərlə boyanmışdır. 1798— 80-ci illərdə artıq dağılmaya məruz qalmış Roma fəvvarələri kərpic, qranit və həmçinin mərmər üzlüklərlə yenidənqurma işlərinə məruz qalmışdır. Ağacdan hazırlanmış bütün dekorativ elementlər qurğuşunla əvəz olunmuşdu. Böyük Vətən müharibəsi zamanı, faşistlər mərmər üzlükləri zədələmiş, hovuzu dağıtmış, boru kəmərlərini isə tamamilə məhv etmişdilər.
Roma hüququ
Roma hüququ — Qədim Roma hüquqları toplusudur. İndi mövcud olan hüquq normaları birdən-birə yaradılmamışdır. Bu çox uzun sürən bir prosesin məhsuludur. Hüquq normaları səhvlər, təcrübələr və sınaqlar nəticəsində formalaşmış və təkmilləşmişdir. Tarixən belə gətirmişdir ki, indiki müasir hüquq normalarının əsası qədim "Roma hüququ"ndan götürülmüşdür. Müasir dövrdə hər bir ölkənin öz hüquq sistemi mövcuddur. Bu hüquq sisteminin əsas normaları bütün ölkələrdə oxşardır. Fəaliyyətdə olan bu hüquq normalarına yerli adət-ənənələr və cəmiyyət münasibəti normaları da daxil edilir. "Roma hüququ"nda əsasən, quldarların və varlıların hüquqları daha çox qorunurdu. Buna görə də "Roma hüququ" həm də "Sinfi hüquq" adlandırılırdı.
Roma imperatoru
Roma imperatoru — tarixçilər tərəfindən Roma Respublikasının süqutundan sonra Roma imperiyasının hökmdarlarına müraciət etmək üçün istifadə olunan termin. Qədim Romada "Roma imperatoru" titulu yox idi, əksinə, bu başlıq mürəkkəb vəzifə və səlahiyyətlər toplusu üçün lazım olan stenoqram idi. Bu titulun indi populyar olmasına baxmayaraq, bu titul ilk daşıyan IX əsrin əvvəllərində I Mixail olmuş, özünü "Basileus Romaion" (romalıların imperatoru) adlandırmışdır. İmperator tituluna bənzər heç bir titul və ya rütbə yox idi, əksinə imperatorla ənənəvi olaraq bağlı olan bütün titulların mənşəyi respublika dövrünə təsadüf edir. Roma imperatorları haqqında olan müzakirə əsasən müasir tarixçilərin öz baxış bucağından təsirlənir. Romalıların özləri müasir monarxik "imperiya" və "imperator" anlayışlarını bölüşmürdülər. Roma imperiyası mövcud olduğu müddətdə Roma Respublikasının bütün siyasi institutlarını və ənənələrini, o cümlədən senat və məclisləri saxlamışdır. Ümumiyyətlə, imperatorları de-yure hökmdarları kimi təsvir etmək olmaz. Rəsmi olaraq, imperator vəzifəsi "bərabərlər arasında birinci" (primus inter pares) hesab olunurdu və onların bir çoxu de-fakto hökmdarlara çevrilməmişdilər. Sultan II Mehmedin dövründə Osmanlı imperiyası 1453-cü ildə Konstantinopolu fəth etmişdir.
Roma imperiyası
Roma imperiyası (lat. Imperium Romanum) — e.ə. 27 — e. 395-ci illərində tarix səhnəsində Roma Respublikasını əvəz etmiş və Qədim Dünya, o cümlədən Qədim Roma tarixində əhəmiyyətli yer tutmuş dövlət. Romanın ərazisi Respublika zamanında genişlənməyə başlamış və İmperator Trayanın hakimiyyəti dövründə ən yüksək nöqtəsinə — 5 900 000 km² çatmışdır. İmperiyanın bir neçə əsr ərzində belə nəhəng əraziyə malik olması nəticəsində, indiyədək müxtəlif millətlərin dillərində, dinlərində, mədəniyyətlərində, memarlıq abidələrində, fəlsəfələrində və qanunlarında Romanın dərin tarixi təsiri müşahidə olunur. İmperiyanın tarixi qədim Roma dövlətində imperator Avqustun hakimiyyətini və ondan sonrakı dövrü əhatə edir. İmperiya dövründən əvvəl 500 il ərzində mövcud olmuş Roma Respublikası bir neçə vətəndaş müharibəsi nəticəsində zəifləmişdir. O dövrdə Qədim Romada baş vermiş bəzi hadisələr — Yuli Sezarın ömürlük diktator (e.ə. 44) təyin edilməsi, Oktavianın Aktium döyüşündə qələbəsi (2 sentyabr e.ə.
Roma katakombaları
Roma katakombaları (it. Catacombe di Roma) — Romada qədim katakombalar şəbəkəsi. Əsasən, erkən xristianlıq dövründə dəfn yeri kimi istifadə edilmiş, lakin burada yəhudilər və müxtəlif Roma paqanları da basdırılmışdır. Ümumilikdə, Romada 60-dan çox müxtəlif katakombalar var. Katakombaların uzunluğu 150–170 km-dir və burada təxminən 750 min var. Katakombaların onların əksəriyyəti Appi yolu boyunca, yerin altında yerləşir. Bu katakombalar tufdan düzəldilmiş, əksəriyyəti labirintlər əmələ gətirən yeraltı keçidlər sistemindən təşkil olunmuşdur. Onların divarlarında əsasən bir mərhumun, bəzən iki, nadir hallarda isə bir neçə mərhumun qəbirləri üçün müxtəlif ölçülü dördbucaqlı taxçalar hazırlanmışdır. İndiki dövrə qədər demək olar ki, bütün nişlər açıqdır və içləri boşdur. Xristian katakombaları erkən xristian incəsənətinin tarixi üçün son dərəcə vacibdir.
Roma mifologiyası
Roma mifologiyası
Roma müqaviləsi
Roma müqaviləsi — 1957-ci ildə Almaniya Federativ Respublikası, Fransa, İtaliya, Belçika, Niderland və Lüksemburq tərəfindən insanların, əmtəənin, xidmət və kapitalın sərbəst hərəkətinə mane olan bütün maneələrin ləğvi barədə bağlanmış beynəlxalq müqavilə.
Roma paqanizmi
Qədim Romada din — qədim zamanlardan b.e. IV əsrində xristianlığın hökmranlığına qədər Roma dövlətinin sakinlərinin inancları və adətləri. Romalılar üçün din gündəlik həyatın bir parçası idi. Məhəllələrdə yerləşən ziyarətgahlar, bulaqlar, bağlar kimi müqəddəs yerlər şəhəri əhatə edirdi. Bu, Qədim Yunanıstan dini kimi, vahid təşkilat və qanunlara malik deyildi, lakin politeizm olmaqla, müxtəlif tanrıların kultlarından ibarət idi. Ailə həyatı və şəxsi işlərlə bağlı dini ayinləri ailənin atası özü yerinə yetirirdi. Kənddə onu xüsusi səlahiyyətlərə sahib mülkün ağası əvəz edə bilərdi. Rəsmi dövlət mərasimləri dolayısı ilə bəzi ali hakimiyyət daşıyıcıları tərəfindən həyata keçirilirdi. Bu, ilk növbədə sözdə keşiş padşahları vasitəsilə bir kral kimi, sonra konsul və pretor kimi, kritik anlarda isə diktator kimi həyata keçirilirdi. Eyni zamanda, baş pontifik funksiyasını birləşdirən imperator adətən öz təşəbbüslərini ifadə etmirdi.